İnternet Marketinq Kontent marketinq Marketinq Məqalələr Ordan-burdan Ümumi mövzular

“Atkat Marketinqi!” “Atkat”-çikləri təyin etməyin 7 qaydası!

atkat, marketinq
Paylaşmaq gözəldir!

Maraqlı mövzduru ela deyilmi? Gəlin ilk öncə “Atkat”-ın tərifini təyin etməyə çalışaq.El arasında bəzən çak-çuk da deyirlər. Dostlar zarafat əsnasındə  “nə var nə yox? bi şey, mi şey var? çak-kuz zad var?” deyə yaxınlarını zarafata tuturlar. 😉 Təəssüf ki, bu sözün azərbaycanca birbaşa tərcüməsini tapa bilmədim. Yaxın söz rüşvət sözüdür amma bu söz otkatın tam mənasını izah etmir.

“Atkat” – Şirkətdə qərar verən şəxsə hər hansı bir məhsulu və ya xidməti satmağı təmin etmək üçünverilən rüşvət növüdür. Atkat əsasən iki formada ola bilər: Birinci “atkatı” şirkət rəhbəri özü ala bilər. Bu zaman hansısa layihəni dəstəkləmək, ona lazımı xərcləri ayırmaq üçün istifadə olunur. Digər “Atkat” növü isə daha çox satış və marketinq-də istifadə olunur. Burada rəhbərliyin bu məsələdən xəbəri olmur və rəhbərdən sözsüz ki, gizlədilir. Hər hansı bir reklam yerləşdirilərkən, reklam alan şirkətə təklif olunur ki, ona büdcə ayrılır və bu büdcədən müəyyən məbləğ, pulu ödəyən marketinq və ya satış nümayəndəsinə veriləcək. Misal üçün. Tikinti şirkətində çalışan marketinq işçisi tikinti şirkətinə reklam xidməti göstərəcək bir şirkətlə danışır və misal üçün deyir ki, bilbordun qiyməti 100 manatdırsa, siz onu 200 manat olaraq qeyd edin və 100 manatı daha sonra mənə geri ödəniş edərsiz. Amma anam (oxu müdir) Bilməsin?))

Yəqin çoxunuzun bu haqda xəbəri var. Odur ki, keçəcəm məsələnin məğzinə. Biz bu gün daha çox ikinci atkat növündən yəni tikinti misalında izah etdiyimdən danışacayıq.  Necə etmək olar ki, bu atkatçiklərin sayı minimuma endirilsin və vaxtında qarşı kəsilsin ki, xərcləmələr düzgün olsun! Gəlin otkatın səbəblərini araşdıraq və daha sonra onları təyin etməyin yollarına baxaq.

“Atkat”çiklərin doğulması

Otkatçiklər də dünyada hər şey yarandığı kimi heç nədən yaranmır. Hər şeyin səbəbləri var. Bunlar:

  • Atkatı edən şəxsin maaşının və ya gəlirinin az olması. Və ya atkat edən şəxsin düşüncəsinə görə ona verilən maaşın ona layiq olduğundan az olmasına görə. Burada hər iki hal ola bilər. Yəni həqiqətən maaş az verilə bilər və ya işçi özünü olduğundan daha yüksəkdə düşünə bilər. Odur ki, şirkət rəhbərləri işçinin layiqincə ödəniş almasına diqqət etməlidirlər. Layiqindən az ödəniş verilərsə, marketoloq marketoloqluqdan çıxa bilər.
  • Atkatla məşğul olan şəxsin pul hərisliyi. Pul təəssüf ki ,bəziləri üçün hər şeydən önəmlidir. Bu baxımdan bəzi insanlar kifayət qədər gəlir qazansa da, əlavə, qanunsuz gəlir qarşısında dayana bilmirlər və öz mənfur işləri ilə məşğul olurlar. Odur ki, çox pula həris olan insanlarda bu ehtimal daha çoxdur və onu qabaqcadan təyin edib işinizi  qabaqcadan düzüb qoşsanız yaxşı olar
  • “Çujoy paxmel atkatçiklər”. Bəzi atkatçiklər var ki, onlar məcbur bu işlə məşğul olmalı olurlar. Bunlara misal şöbə rəhbəri tərəfindən adi bir işçiyə bu işləri görməyi və onun dolyası-nı vaxtlı vaxtında verməkdən olur. İşçi də işini itirməmək üçün bunu etməyə məcbur olur. Amma çalışmaq lazımdır ki, pul və iş xatirinə işləməyəsən. doğrudan sevdiyin, xoşbəxt olduğun və fəxr elədiyin işlə məşğul olasan.
  • Həvəskar atkatçiklər –  həvəslar atkatçiklər adətən arada bir çak-çuk edirlər. Yəni onlar da bu daimi olmur. Büdcə olandan olana və ya yalnız bayramqabağı, böyük xərclər qabağı xərcləri yola vermək üçün otkat elminə baş vururlar. Bu cür otkatçiklər çox təhlükəli olmasalar da, onlarda bu hüceyrələri vaxtında məhv etmək lazımdır.
  • Uğurzuz atkatçiklər –  Bunlar atkat edərkən yaxalanan və ya ümumiyyətlə otkat etmək istəyən amma alındıra bilməyən şəxslərdir. Burada da səbəb müxtəlif ola bilər.

Businessman exchanging bribe with female coworker

İndi isə keçək bu tip insanları təyin etməyin yolları və qaydalarına və necə etmək olar ki? sizin şirkətdə və ya şöbədə belə hallar olmasın və ya minimal olsun. Çünki əgər sizin şirkətdə aktat varsa demək:

  1. Sizin məhsul və ya xidmətin keyfiyyətinə şübhə yarana bilər. Satış və satınalmalar şöbəsi aldığı məhsullar nisbətən ucuz olduğunda misal üçün ( amma sənədlərdə ucuz olmur) keyfiyyət zəifliyi var şirkətdə deməkdir. Məhsulunuz və ya xidmətinin keyfiyyəti aşağıda düşəcəkdir.
  2. Sizin xərcləriniz artıq olacaq. Rəqabət şəraitində, tender şəraitində daha ucuz təkliflə işləmək olardı. Belə halda isə qiymətlər realdan üstün olacaq və sizin xərcləriniz artacaq.
  3. İmic məsələsi. Tez geç bu məsələ ictimailəşək və sizin şirkətə imic və ad baxımından çoxlu ziyan dəyəcək. Eynən də sizin məhsula və brendə böyük zərbə dəyə bilər.
  4. Əgər bu sənətlə məşğul olanlar daima uğurla olsalar onların gözündə və onların tanışlarının gözündə( eyni zamanda otkatı təşkil edən şirkətin gözündə) siz bir rəhbər olaraq zəif və bacarıqsız bir şəxs hesab olunacaqsız. Sizə bu lazımdır??

Atkatla şiddətli mübarizə yolları!

Şirkət rəhbərinə və ya şöbə rəhbərinə bu işlərin hansı yollarla təyin olunması yolunda aşağıdakı məsləhətləri verərdim. Praktikada yoxlasanız çox güman uğurunu görəcəksiniz.

  1. Atkat olan zaman adətən çox böyük olmayan, tanınmayan şirkətlərlə iş qurulur. Böyük reklam və digər şirkətləri özlərinə hörmət etdiyindən və düzgün maliyyə-mühasibatlıq işi qurduğundan belə işlərlə adətən məşğul olmur. Odur ki, sizin təminatçılarınızın siyahısına? internet saytına və digər göstəricilərinə baxın və nəyə görə məhz bu şirkətin seçildiyinə fikir verin.
  2. Diversifikasiya. El arasında şaxələndirmə də deyirlər. Əgər siz yalnız bir şirkətlə (təminatçı) ilə işləyirsinizsə demək ki, burada nəsə ola bilər. Çünki yalnız bir şirkət olduqda qiymətlər rəqabətli olmayacaq.Şirkət istənilən qiyməti təyin etməkdə rahat ola bilər. Odur ki, həm təklif, tender? həm də daha sonrakı alış dövründə çalışın birdən çox şirkətlə əməkdaşlıq edəsiniz.
  3. Ayağını yorğana görə uzatmayanlar. Təchizat və alış sahəsində( reklam, satış, təchizat və s.) şöbələrin əməkdaşlarının onların rəsmi gəlirlərindən daha yüksək yaşayış tərzi göstərməsi bəzən buna siqnal ola bilər. Sözsüz bu hamıya aid deyil. Mən təcrübəmdə 300 manatla işləyən kredit işçisi görmüşəm ki, son model Porche Cayenne maşınını sürüb (özü də Qəttəzə=)) Amma yenə də bu faktora fikir verib araşdırmaq lazımdır.
  4. Rəhbərə təklif verilərkən israrla hansısa bir şirkətdən xidmətin alınmasını təkid etmək. Bu zaman şirkət rəhbəri işçi də digər variantları da gözdən keçirməyi və müqayisəvi araşdırmanı təqdim etməyi tapşırmalıdır.
  5. Müdir özü də ona verilən təklifləri kross yoxlama vasitəsilə yoxlamadan keçirməlidir. Özü və ya tabeliyində olan digər şöbə və ya əməkdaşlar vasitəsilə ona verilən təklifin doğrudan da qiymət, keyfiyyət və digər göstəricilər baxımdan düzgün olmasını yoxlamalıdır.
  6. Böyük şirkətdirsə mütləq qaydada keyfiyyətli audit işi qurulmalıdır. Və bu sahədə çalışan auditorlar otkatın bütün sirrlərini yaxşı bilməlidirlər ki, ona vaxtında və düzgün diaqnoz qoya bilsinlər. Çünki bu sənət inkişaf etdikcə onun texnikası və yoları da inkişaf edir və onu tapmaq təyin etmək çox çətin olur.
  7. İşini və sahəsini kifayət qədər yaxşı bilməyən insanların işə götürülməsi də sonda bu cür hallara gətirib çıxara bilər. Belə insanlar öz rahatlığı və digər məqsədlərə görə bu əcaib yollardan istifadə edə bilər.

+Bonus qayda: İşçilərinizə daim yaxın münasibətdə və təmasda olun. Siz işçiyə nə qədər yaxın, nə qədər mülayim və ədalətli olsanız hətta “Atkatçik” də belə insafa gəlib belə müdirə xəyanət etməz. Odur ki, hələ də gec deyil işçinizin yanında olun həm maddi, həm mənəvi! Şirkət rəhbəri ilk öncə, öz müştərsinindən öncə, öz işçilərinin maddi və mənəvi qayğıları ilə tanış olmalı və onları maksimal dərəcədə təmin etməyə çalışmalıdır. Əgər bunu etsə ən azından qəlbində rahat ola bilər ki, o bacardığını edib və qarşısına yuxarıda qeyd etdiyimiz insanlar çıxarsa günahı özündə axtarmaq riskindən qurular.

Atkatsız günlər ümidilə Dostlar,

P.S

Sonda isə mövzumuza uyğun lətifə. Rusca olduğu üçün olduğu kimi paylaşıram!

Здравствуйте, дети! Тема сегодняшнего урока – «Откат». Кто мне скажет, что такое откат? — Откат – это денежный эквивалент благодарности за то, что в тендере выбрали именно нашу фирму. — А что такое тендер? — Тендер – это чемпионат отрасли по откатам. — Молодец, садись, шесть. Четыре тебе и два ты сам знаешь куда. Записываем условие задачи. У Вани было 5 яблок. По документам. По факту 3, а по договору 7. Вопрос: сколько яблок будет у того, кто проверяет Ванину хозяйственную деятельность? Следующий вопрос. Влияние родственных связей на коррупцию. Говори, Вовочка. — Я не выучил. — Садись, пять. — Спасибо, папа. — Кто приведет мне примеры коррупции в истории? Никто не знает? Гоголь «Мертвых душ» сколько томов написал по документам? Два. А сдал? Один. Где второй? Сгорел! Теперь вы понимаете, почему у нас новый компьютерный класс сгорел? И почему спортзал скоро сгорит? И последний вопрос. Назовите мне идеальную отрасль. — Нанотехнологии! — Почему? — Потому что деньги тратятся на результат, невидимый человеческому глазу! — Молодец! — Не забудьте сказать родителям сдать по 500 рублей на ремонт класса. — Опять по 500! — Мне сдадите по 300. Не бойтесь, если родители будут спрашивать, скажу, что собирал по 500. До свидания, дети! Урок окончен!

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
Məsuliyyətli Banklarımız
internet marketinq
İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!