Email marketinq İnternet Marketinq Kontent marketinq Marketinq Məqalələr Sosial Media Marketinqi

Hər kəsin paylaşacağı məqaləni hazırlamaq üçün 13 Pulsuz vasitə!

Paylaşmaq gözəldir!

Faydalı və maraqlı post və ya məqalə hazırlamaq sadəcə işin yarısıdır. İndiki dövrdə bir sıra maraqlı və faydalı məqalələr diqqətdən kənarda qalır. Necə edək ki, sizin məqalə və ya post diqqətdən kənarda qalmasın? Bunun üçün məqalə yazmaqdan əlavə bir neçə addım atmaq lazımdır Bunlar hansılardır?  Ətraflı məqalədə!

  1. Məqalənin başlığında rəqəmlərdən istifadə etməyə çalışın. Araşdırmalar göstərir ki, məqalədə maraqlı, rahat oxunulan rəqəmlər olduqca bu məqalə daha çox oxunur və paylaşılır. Misal üçün, Uğur qazanmağın 7 sirri
  2. Məqalənin başlığına fərqli sözlər əlavə edin. Başlıq nə qədər fərqli olsa oxunma və müvafiq olaraq paylaşım da bir o qədər çox olar. Misal üçün bu sözlərdən istifadə etmək olar. Yoxlanılmış, unikal, ən yaxşı, bir də analoqu olmayan 🙂
  3. Təcrübə göstərir ki, neqativ kontekstli başlıqlar daha çox diqqəti cəlb edir. Odur ki başlığı neqativ etməyə çalışın. Misal üçün –  İşini itirənlərin etdiyi 10 səhv!
  4. Yazını paylaşma zamanı məqalə haqqında qısa təsvir yazın. Oxucu bu məqalədən nə əldə edəcək və nə qazanacaq? Burada yazdığınız mövzü haqqında geniş yayılan öroblemə toxuna bilərsiniz və suallara cavab verə bilərsiniz.
  5. Yazınızın mütləq şəkildə fərqli və qeyri adi şəkildən bəzəməniz lazımdır. Qeyri adi və fərqli şəkil sizin yazılarınızı digərlərindən fərqləndirəcək.

20-Funny-Shocked-Cat-Memes-3

 

6. Saytınızda mütləq şəkildə sosial şəbəkələrin paylaşım düymələri olmalıdır. Bu indiki dövrün olmazsa olmazıdır.   Məqalənin əvvəlində və ya sonunda bu paylaşım düymələrini yerləşdirə bilərsiniz. Bunun üçün Share42 və ya po.st  əlavələrindən istifadə edə bilərsiniz.

7. Saytın daxilində saytı və məqaləni optimizasiya edin. Yəni məqalədə açar sözlərdən mövzuya aid faydalı sözlərdən teqlərdən istifadə edin ki, axtarış sistemləri sizin saytı axtarışın ön sıralarına çıxara bilsin.

8. Postunuzu bütün aktiv və popular sosial şəbəkələrdə paylaşın. Bizim nümunədə əsasən aktiv şəbəkələr Facebook, Instagram. Twitter, Linkedin. Google+ və digərləridir.

Screenshot_2

9.  Məqalənizi email abunəçilərinizə göndərin. Bunun üçün xüsusi email göndərmə proqramlarından istifadə edə bilərsiniz. Məsləhət gördüyüm Mailchimp, Mailerlite proqramlarıdır. Üstəlik bu proqramlarda 2000 qədər istifadəçiyə pulsuz emaillar göndərə bilərsiniz. Daha nə istəyirsiz 😉

Screenshot_1

10. Məqalənin mövzusu üzrə, sahə üzrə tanınmış, söz sahibi olan və fikrinə hörmətlə yanaşılan insanlarla əlaqə qurmağa və onlardan hazırladığınız faydalı və maraqlı məlumatı öz səhifəsinə, saytında paylaşmağı xahiş edin. Bu baxımdan məqaləniz həqiqətən də faydalı olmalıdır ki tanınmış şəxs öz səhifəsində paylaşmağa inandıra biləsiniz.

11. Sosial şəbəkələrdə postunuza yazılan bütün kommentlərə cavab verməyə çalışın. Postun paylaşıldığı bütün yerlərdə (səhifələr, qruplar və s.) posta yazılan şərhləri izləyin və rəylərə cavablar yazaraq insanların diqqətini və hörmətini qazanın.

12. İnternetdə siz yazdığınız məqalə mövzusuna yaxın və eyni mövzuda olan məqalələri Google və digər axtarış sistemləri vasitəsilə tapın və həmin məqalələrin və ya postların altından şərh yazın. Əgər doğrudan da sizin yazınız bu yazılara əlavə fayda və xeyir gətirəcəksə o zaman öz məqalənizi orada məsləhət görün.

13. Nəticələri izləyin. Məqalənin statistikasını analitika sistemləri və sosial şəbəkələrin göstəriciləri vasitəsilə izləyin.

13 vasitədən əlavə bir bonus da məqaləni sona qədər oxuyanlar üçün! 😉

Bir müddət keçdikdən sonra məqalənizi bir daha paylaşın. Faydalı və maraqlı məqalələr həmişə rəğbət qazanır və müəyyən müddətdən bir yenə də paylaşılmağa ehtiyac duyur.

Mövzunun davamı olacaq) Əgər sizin də burada qeyd olunanlardan əlavə tövsiyyələriniz varsa şərhlərdə qeyd etməyi unutmayın.

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
remarketing,marketinq
Remarketinq! Yeni nəsil onlayn marketinq!
Bankir olmaq istəyirəm (2-ci hissə)