İnternet Marketinq Marketinq Məqalələr Ordan-burdan Ümumi mövzular

İnternetdə pul qazanmaq üçün 17 ideya!

internet, pul, ideya.qazanmaq
Paylaşmaq gözəldir!

Mənə bəzən suallar verirlər ki, bəs internetdən necə pul qazanmaq olar? Hansı ideyanı gerçəkləşdirsəm internetdə pul qazana bilərəm. Hətta bəzi şirkətlərdə çalışan insanlar belə öz işini qurmaq istəyir. Bəziləri daha rahat həyat qurmaq üçün, bəziləri müdirin hər səhər üzünü görməmək üçün 🙂 bəziləri isə özünü fərqli cəhətdən göstərmək və sınamaq üçün. Dostlar sizə yaxşı xəbərim var! Bu məqalədə sizə internetdə qura biləcəyiniz 17 ideyanı təqdim edəcəm. Heç nədən qorxmayın sadəcə istəyin çalışın və sizdə də alınacaq.

  1. Ən sadə ideya – internet mağaza. Nə satmaq olar? Əslində hər şey – uşaq paltarları və əşyaları, kosmetika, parfum və s. Çalışın bildiyiniz və xoşladığız sahə üzrə mal və xidməti satasınız.internet magaza
  2. Forekslə məşğul olmaq. Maliyyə sahəsini və maliyyə alətlərini yaxşı bilən insanlar internetdə forekslə məşğul ola bilərlər.

foreks    3. Bloqçuluq. Sevdiyini və bildiyiniz sahə üzrə insanlara faydalı ola biləcək məqalələr yazmaq və materiallar hazırlaya bilərsiniz. Daha sonra bundan gəlir qazanmaq olar. Artıq bizdə də buna nümunələr var.

   4. Saytların və mobil əlavələrin hazırlanması. Son zamanların ən tələbatlı sahəsidir. Öyrənmək üçün sadəcə istək lazımdır.

   5. Vasitəçilik xidmətləri. Digər şəxslərin və şirkətlərin mallarının və xidmətlərinin satışını təşkil edə bilərsiniz.

   6.Kurslar, dərslər təşkil edib pul qazana bilərsiz. Video dərslər, skype vasitəsilə kurslar təşkil edə bilərsiniz.

   7. Frilans olaraq çalışmaq. Proqramçı, tərcüməçi, veb rəssam və digər şəxslər frilans olaraq çalışa bilərlər.

   8. Onlayn kouçinq. İnsanlara bildiyiniz sahə üzrə məsləhətlər. Arıqlamaq, idman, yemək bişirmə və digər sahələr üzrə məsləhət və dərslər keçə bilərsiniz.

 9. Fotobank. Əgər yaxşı şəkil çəkə bilirsinizsə o zaman şəkillərinizi internetdə sata bilərsiniz.

 10. Əl işləri. Əgər sizin xüsusi bacarığınız varsa və əlləriniz qızıldırsa, o zaman hazırladığınız məhsulları onlayn satıışını təşkil edin.

el isleri   11. Onlayn həkim və ya onlayn psixoloq məsləhəti. Məncə elə mövzular var ki, insanların bəziləri üzbəüz nə həkimə, nə də psixoloqa deyə bilmirlər. Bu baxımdan bu sahəyə böyük ehtiyac var.

  12. Amazon və ebay tipli internet mağazalardan malların alınması və çatdırılmasının təşkili. Bilirsiniz o qədər insan var ki, bu saytlardan nəsə almaq istəyir amma almağı bacarmır. Fürsətdir, istifadə edin.

  13. Onlayn hüquqi yardım. Mövzu indiki halda çox aktualdır. Çox sayda insanın hüquqi yardıma ehtiyacı var.

  14. Evdə hazırlanan şirniyyat və un məmulatları. Əgər bacarığınız varsa niyə də bundan istifadə edib həm insanlara şirin hisslər verəsiniz həm də qazanasınız? hə?

sirniyyat

  15. İşə qəbul ilə bağlı məsləhətlər. Hələ bu sahədə onlayn işləyən kimsə və ya şirkət rastıma çıxmayıb. Amma ehtiyac həddindən artıq böyükdür

  16. Əntiq əşyaların satışı. Hamının evində, bağında, qarajında əntiq əşya var. Onları toplayıb satışa çıxara bilərsiniz. Bazar kiçik olsa da müştəri olacaq.

entiq17. Onlayn kuryer xidməti. Burada siz həm fərd olaraq, həm də şirkət olaraq xidmətləri təqdim edə bilərsiniz. Deyəcəksiz ki o qədər şirkət var ki bu sahədə. Düzdür amma bir o qədər də narazı müştəri var. Fərqli olub qazana bilərsiniz.

Bu siyahını genişləndirmək də olar. İdeyalar bitməz tükənməzdir. Düşünün özünüzə uyğun ideya tapıb onu reallaşdırmağa başlayın!

Əgər sizin də ideyanız və təklifiniz varsa kommentlərdə paylaşmağı unutmayın!

Faydalı olmaq ümidilə,

 

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
Bankir olmaq istəyirəm!
remarketing,marketinq
Remarketinq! Yeni nəsil onlayn marketinq!