İnternet Marketinq Kontent marketinq Marketinq Məqalələr Ordan-burdan Reklamlar Sosial Media Marketinqi Ümumi mövzular

İnternet marketinqin qələbəsi və ya ənənəvi reklamın sonunun başlanğıcı!

internet marketinq
Paylaşmaq gözəldir!

Bu məqaləmi yazmağıma səbəb son günlər internet aləmində internet marketinqin ənənəvi marketinqə qalib gəlməsi oldu. Əslində mən bunu əvvəllər də bilirdim, amma indi artıq bunu əyani sübutlarla təsdiq etmək mümkündür. Özü də artıq bir çox şirkətlər də bunu etiraf edirlər. Çox uzatmadan keçirəm sübutlara. Hələ də internetdə olmayan və ya olub da heçnə etməyən şirkətlərə isə onu deyim ki, hələ də gec deyil. Komputerini qabağınıza qoyun və yaxşıca fikirləşin.

Danışaçağım və əslində hamının danışdığı layihə “Səndən bir dənədir” layihəsidir. Yəqin bir çoxunuz bu layihə çərçivəsində saytdan sertifikat əldə etmisiniz. Layihənin əsas məqsədi əslində tizer reklamdır və şirkətin yeni yaradılacaq məhsul və ya xidmətin daha geniş kütləyə və maraqlı formada təqdim etməkdir. Növbəti yazımda bu layihə haqqında ətraflı yazı yazacam və maraqlı faktlarla sizi tanış edəcəm. İndi isə deyim ki, layihə ilə fikrimcə on minnlərlə insan tanış olub və saytdan sertifikat əldə edib. Hələ də tanış deyilsinizsə bu linkdən siz də sertifikat əldə edin. http://sendenbirdenedir.az/

İnsanların həssas hisslərindən və özlərinə həm inamı artırmaq, həm də əyləncəli formada onları layihəyə cəlb etmək və ən vacibi viral olaraq insanları bu layihəni reklam etməyə, paylaşmağa sövq edən unikal layihələrdən biridir. Ən vacibi isə unikal və maraqlı İnternet Marketinq layihəsidir. Artıq şirkətlər internetin və marketinqin digital rəqəmsal formalarının daha effektiv olduğunu əyani formada görürlər. Nəyə görə səndən bir dənədir layihəsi uğurludur.

  • Çünki insanlar özləri haqqında müsbət məqamları paylaşmağı sevirlər.
  • Çünki internetdə daha geniş kütləyə çıxmaq olur
  • Çünki bu layihənin effektivliyini tam olaraq ölçmək olur
  • Çünki insanlar özləri bu sertifikatı paylaşaraq şirkəti pulsuz reklam edir
  • Çünki bu layihədə texniki cəhətdən nəticələr doğruya yaxındır və insanlar bunu təsdiqləyir
  • Çünki şirkətin rəqibləri də bu layihənin istifadəçiləri və layihəni tanıtdıran şəxslər oldu
  • Çünki… burada siz öz çünki-nizi yaza bilərsiniz…

senden bir denedir

Çünki-lər çoxdur. Əlbəttəki bəzi kiçik səhvlər də var, hər bir işdə olduğu kimi. Amma layihənin effekti və uğuru bu xırda texniki səhvləri unutdurur. Əminəm ki, digər rəqib şirkətlərin rəhbərləri bu layihəni gördükdən sonra öz marketinq direktor və menecerləri ilə qısa da olsa söhbət aparıblar)

Bu günlərdə dostluğumda olan tanışlardan biri – aparıcı reklam şirkətlərindən olan New Media-nın əməkdaşı Günel xanım belə bir şəkil paylaşdı öz səhifəsində

13055879_1220806447937221_4715457754913490698_o

İlk növbədə mən AS Group İnvestment şirkətinin marketinq komandasına təşəkkür etmək istəyirəm. Soruşacaqsınız ki, niyə məhz onlara? Axı onlar pul veriblər və əlbəttə ki, nəticə də gözləyirlər. Amma digər şirkətlər də beləcə pul ödəyir nəticə alır, amma inanmıram ki, belə məktublar göndərsin icraçı şirkətə. Menecmentdə motivasiyasının növlərindən biri də mənəvi motivasiyadır və təşəkkür-dür. Görünür bu şirkətin marketinq komandası marketinqlə yanaşı menecment elmini də yaxşı bilirlər. Odur ki, mən də belə məktuba görə onlara təşəkkür edirəm. İnanıram ki, bu digər şirkətlərə bir nümunə olacaq və “əşi işlərinin adı nədir? pul vermişik işləməlidirlər də!! məktub zad nədir day!” kimi ifadələr tarixdə qalacaq.

İkincisi isə bu tikinti şirkətini ona görə təbrik etmək lazımdır ki, onlar reklam kampaniyanın nəticlərini izləyirlər və ölçürlər. Şirkətin sahibi çox xoşbəxt adamdır ki, onun belə marketinq komandası var və onun pullarını boş yerə yox konkret hədəflərə xərcləyir və şirkətə yeni müştəri gətirirlər. Digər reklam növlərindən fərqli olaraq internet reklamda demək olar xərclənən hər bir manatın nəyə və hara və necə xərcləndiyini və nəticəsini ölçmək olur. Bundan sonra inanıram ki, şirkətlər Xoşqədəmlə Zaura ( hər iki Zaura həm Ay Zaura. həm də prosto Zaura)  yüz minlərlə manat xərcləməyi bir kənara qoyacaqlar və internetə yönələcəklər.

Məktubda əslində hər şey yazılıb. İnternet marketinqin bir mənalı olaraq döyüşün bütün raundlarında qalib gəldiyini və rəqibləri ənənəvi reklam növlərini bütün parametrlər üzrə nokaut etdiyini görə bilirik. New media və komandasını da bu uğurlu nəticəyə görə təbrik edirəm.

Sonuncu isə bu gün paylaşılan bir şəkil barədə danışmaq istəyirəm. Əslində şəkili birbaşa şirkət paylaşmadı və aydın məsələdir ki, şəkili yaradanlar şirkətin marketinq komandasıdır. Şəkildə Bazarstore marketlər şəbəkəsi yeni açılan Bravo marketində turpun qiymətinə sataşaraq onlarda daha ucuz turp olduğunu nümayiş etdirir. Buna səbəb isə bir neçə gün öncə Bravo marketdə açılış zamanı turpun qiymətinin yüksək olması və insanların buna etirazı olmuşdu. ( Başqa mallar marketlərimizdə guya ucuzdur qaldı bircə turp problemi)

13102640_1056356524437627_8033293197778767236_n

Sözümün canı əslində başqadır. Reklam əslində metroda yayımlanan kimi görsənsə də əslində belə deyil. Sadəcə fotoşop proqramı vasitəsilə düzəldilib şəkil və belə paylaşılıb. Təəssüf ki, bizdə əsl rəqabət yoxdur və ona görə də BazarStore bu formada rəqibə söz atır. Çünki metroda və ya digər yerdə belə reklam verməkdən çəkinəcək. Mən o günü gözləyirəm ki, şirkətlər doğrudan da real marketinq müharibələri aparsınlar və biz də bundan ləzzət alaq. Çəkinə çəkinə, qorxa qorxa yox, açıq aşkar tv reklamlardan tutmuş bilbordlara qədər belə marketinq savaşları və atmacaları ilə dolu olsun. Artıq standard, darıxdırıcı reklamlar, özünü tərifləmələr hamını bezdirib və işləmir. Ürəkli olun dostlar, risk edin, maraq yaradın, real kontent yaradın, copy paste kənara qoyun və əsl marketinqi bazara gətirin!

Amma BazarStore-un hərəkətində də sevindirici məqamlar var. Ən azından internetdə bundan istifadə etməsi, viral formada bunu yayması ( daha geniş yaya bilərdi əslində, ödəniş etdiyi saytlardan, reklam verdiyi saytlardan şəkili paylaşmağı xahiş edərək) və rəqibin nöqsanından istifadə etməsi marketinq cəhətdən sevindirici haldır. Amma bu addımı atan zaman rəqibin verəcəyi cavaba da hazır olmalıdır, əgər cavab olacaqsa.

Sonda isə sizin üzünüzü güldürəcək bir video reklam ilə baş başa buraxıram.

Faydalı olmaq ümidilə,

Fərid İslamov

 

 

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
internet marketinq muharibe 189 uber salam city taxi
İnternet marketinq müharibələri 2! Uber vs 189 vs City taxi vs Salam Taksi!
marketinq, termin,
Marketinq haqqında bilməli olduğunuz 60 termin!