Email marketinq İnternet Marketinq Kontent marketinq Marketinq Məqalələr Reklamlar Sosial Media Marketinqi Ümumi mövzular

Marketinq haqqında bilməli olduğunuz 60 termin!

marketinq, termin,
Paylaşmaq gözəldir!

Çoxlarımız marketinqi sevirik, çünki gündəlik həyatımızın bir hissəsidir. Bəlkə də fərqinə varmadığımız bəzi hadisələr, də, seçimlər də marketinqin nəticəsidir. Əgər siz özünüzü marketinq sahəsində görmək və inkişaf etmək istəyirsizsə, o zaman bu məqaləm sırf sizin üçündür. Marketinq nədən başlayır sualını versəniz, mən deyərəm ki, marketinq öyrənməkdən, araşdırmaqdan başlayır. Və bunun üçün də siz marketinqin əsaslarını və dünyada istifadə olunan qaydaları, terminləri bilməlisiniz.

Sizi inandırım ki, bir çox marketinq rəhbərlərinin marketinqin M-indən xəbərləri yoxdur. Əgər siz onlardan fərqli olmaq istəyirsizsə, o zaman bu terminləri bilməlisiniz və bu məqalə, bu yazını çap edib həmişə yaxınlıqda saxlamalısınız. Bilirəm məqaləni oxuyandan sonra mənə bu araşdırmanı etdiyim, çəkdiyim əziyyət üçün təşəkkür etmək istəyəcəksiz ( çox təvazökar oldu 🙂 ) Amma buna ehtiyac yoxdur!  Mən bu işi sevdiyim üçün bunları sizinlə paylaşıram və paylaşacam. Siz isə əgər bəyənsəniz, sadəcə məqaləni paylaşın ki, daha çox insan öyrənsin və faydalansın.

Terminlər həm ümumi marketinq həm də internet marketinqə adi olacaq. Başlayaq.

  1. ATL – (above the line) – marketinqdə birbaşa reklamı ifadə edir.
  2. BTL (Below the line) – birbaşa olmayan reklamı ifadə edir.atl+btl
  3. CRMCustomer Relationships Marketing)  – Müştəri xidmətləri sisteminin təşkili
  4. Average price – məhsulun orta qiyməti
  5. Brand awareness – brendin məşhurluğu, tanınma səviyyəsi
  6. Brand penetration – brendin bazara və ya seqmentdə varlıq səviyyəsi
  7. Brand perception – brendin istehlakçılar tərəfindən qəbul edilmə səviyyəsi
  8. Brand research – məhsul araşdırması
  9. Consumers loyalty – müştəri loyallığı, daimi müştəri
  10. Consumer research – istehlakçı araşdırması
  11. Customer satisfaction research – müştəri ehtiyacları və müştərinin məhsuldan razılıq səviyyəsinin ölçülməsi analizi
  12. Initial brand awareness – məhsul haqda ilkin tanınma biliyi
  13. GWP (gift with purchase) – alınan məhsula görə verilən hədiyyə
  14. HoReCa – hotels, restaurants, cafe – reklam aksiyalarında insanların istirahət yerlərinə görə fərqləndirmə
  15. Market modeling and segmentation – bazarın ölçüsü və müştəri seqmentlərinə görə bölgüsü
  16. Market share (volume, value) – bazar payı, həcmi
  17. Minimum, maximum price – minimum, maksimum qiymət
  18. Product test – məhsulun testi yoxlanması
  19. Packaging test – qablaşmanın yoxlanması
  20. Pricing research – məhsulun qiymətinin araşdırması
  21. Product life cycle – məhsulun yaşam dövrü
  22. POP (point of purchase) – müştərinin məhsulu aldığı yer
  23. POS (point of sales) – satış nöqtəsi, yeri.
  24. Research in new product development – yeni məhsulların yaradılması araşdırması
  25. Sales volume – satış həcmi, göstəriciləri
  26. Selling area – satış sahəsi, reqionu
  27. Stock levels (store size) – anbar səviyyəsi, həcmi
  28. Stock in selling area – satış sahəsində mal qalığı
  29. Brif  – reklam biznesində reklamın hazırlanması və təqdim olunması üçün hazırlnanan texniki tapşırıq.
  30. Demarketinq –  qiyməti qaldırmaq və xərcləri azaltmaqla məhsula olan tələbatı azaltmaq tədbirləri. Əsasən luks mallarda istifadə olunur.
  31. Direkt mail – müştərinin emailina birbaşa məhsul haqqında reklam materialının göndərilməsi
  32. Hannibalizm -bir istehsalçının iki məhsulu arasındakı rəqabət. Burada eyni istehsalçının bir məhsulu digər məhsulu “yeyir”. Müştəri şirkətin yeni çıxan məhsuluna köhnədən daha çox diqqət edir və köhnə məhsul payını itirir.
  33. Rəqabət üstünlüyü ( competitive advantage) – məhsulun və ya markanı digər rəqiblərindən fərqləndirən və ona üstünlük verən xüsusiyyət
  34. Merçandayzinq (merchandising) – malın, xidmətin, markanın və ya qablaşdırmanın tanıtımı və satışı üçün təşkil olunan kompleks tədbirlər.
  35. Remarketinq – məhsula və ya xidmətə tələbatın azalması nəticəsində onun reklam və digər yollarla “canlandırılması” yolları
  36.  Respondent – sorğularda iştirak edən şəxslər
  37. Bazar seqmenti – eyni xüsusiyyətlərə parametrlərə malik qrupları cəmləyən bazarın hissəsi, seqmenti
  38. Sampling – müştəri məhsulun özünün və ya test variantının təqdim edilərək reklam olunması
  39. Əvəzedici məhsul – eyni funksiyanı icra edən lakin fərqli xüsusiyyət və parametrə malik məhsul
  40. USP (Unique selling proposition) –  unikal məhsul satışı təklifi
  41. Trade marketing – distribusiya zəncirində iştirak edənlərin effektivliyini artırmaq üçün görülən tədbirlər planı
  42. Benchmarking – Öz xidmətlərinin effektivliyini artırmaq üçün sahədə olan rəqiblərin texnoloji və digər üstünlüklərini araşdıraraq özündə tətbiq etmək mexanizmi.
  43. Competitor analysis –  rəqiblərin araşdırılması
  44. Copywriting – Kopiraytinq. Reklam materiallarının mətninin yazılması
  45. Ambient media –  qeyri standard reklam daşıyıcıları. Misal üçün dayanacaqda olan skamyalar və s.
  46. CPC – cost per click – reklamın effektivliyini ölçən göstərici “bir klikin qiyməti”
  47. KPI – key performance indicators – fəalliyyətin effektivliyini ölçmək üçün vasitə
  48. Product placement – brendin, məhsulun loqosunu, adını və digər atributunu kino, serial, veriliş, oyun və s-lərdə yerləşdirilməsi
  49. Product sitting – İstehsalçı məhsulu kütləvi təqdimetmədən öncə bpyük fikir sahibi olan şəxsə yoxlama məqsədilə təqdim edir və  daha sonra kütləvi paylaşım edir.
  50. Swot analiz – şirkətin güclü və zəif tərəflərinin, imkanlarının və təhlükələrin araşdırılması
  51. Vendor – özü istehsal edən və çatdıran xidmət göstərən şirkət
  52. Cross selling – məhsul-dan əlavə olaraq  digər məhsulun çarpaz satışın təşkili
  53. Feedback – məhsul və ya xidmət haqqında rəylərin verilməsi, geri dönüş fikirləri
  54. Telemarketinq – telefon vasitəsilə məhsul satışının təşkili
  55. Storytelling – məhsul haqqında hekayələr yaratmaqla brendin təqdimatı
  56. Restyling – məhsulun görünüşünün dəyişdirilməsi
  57. ROİ – return on investment – investisiyaların geri dönüşü göstəricisi
  58. B2B – korporativ satışlar. şirkətin şirkətə satış etməsi
  59. B2c – şirkətin müştəriyə şəxslərə satış etməsi
  60. CTA ( call to action) – hərəkətə çağırış. Reklamda müştərini hərəkətə keçməyə. məhsulu almağa sövq edən materialın çağırışın olması

Ümid edirəm bu məqalədə yeni nələrisə öyrəndiniz və ya biliklərinizi təkrarladınız.

Faydalı olmaq ümidilə,

Fərid İslamov

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
internet, pul, ideya.qazanmaq
İnternetdə pul qazanmaq üçün 17 ideya!
Marketinq öldü, Yaşasın Marketinq! Şirkətlərin etdiyi 7 marketinq səhvi!