İnternet Marketinq Kontent marketinq Marketinq Məqalələr Ordan-burdan Reklamlar Sosial Media Marketinqi Ümumi mövzular

Hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün 14 şablon!

her kesi heyran edacak teqdimat
Paylaşmaq gözəldir!

Gözəl təqdimat hazırlamaq və hər kəsi heyran etmək yəqin ki, çoxunuzun arzusudur. Hər hansı bir xidməti, malı və ya digər nəyisə satmaq üçün gözəl təqdimat vacibdir. İşinizdə sizə mütləq maraqlı təqdimat hazırlamaq və onu maraqlı formada təqdim etmək nə zamansa lazım olacaq. Rəhbərlərin gözündə fərqli olmaq və müştəriləri də cəlb etmək üçün möhtəşəm təqdimat hazırlamağa ehtiyac var.

Bu gün mən sizə hər kəsi heyran edəcək təqdimat hazırlamaq üçün hazır şablonları təqdim edəcəm. Artıq sizə yalnız mətn hissə haqqında düşünmək qalır. Çünki bu şablonlarda bütün dizayn elementləri nəzərə alınıb və əgər sizin dizayn bacarığınız zəifdirsə bu şablonlar sizin üçün əla fürsətdir. Şablonları əldə etmək üçün hər bir şablonun adına klik edib sayta gedərək oradan yükləyə bilərsiniz. Əgər hər hansı çətinliyiniz yaransa çəkinmədən mənə yazın.

Çalışın fərqli olun, yenilikçi olun və digərlərindən, iş yoldaşlarınızdan, yaxınlarınızdan yaxşı mənada seçilin!

  1. Escalus

escalus farid islamov

Bu şablon istənilən mövzulu presentasiya üçün istifadə oluna bilər. Müasir və dinamik formalar təqdimata əlavə gözəllik qatır.

2. Dumaine

dumaine farid islamov

Müasir və orqanik dizayna malik bu şablon sizə müxtəlif təqdimatlar zamanı əvəzsiz vasitəçiniz ola bilər.

3.  Fidele

fidele farid islamov

Bu şablon öz sadə dizaynı ilə seçilir və sizin istəyinizdən asılı olaraq müxtəlif formatlara uyğunlaşdırıla bilər. Təqdimat 25 slayddan ibarətdir.

4. Viola

viola farid islamov

Minimalist stildə hazırlanmış bu şablon 25 slayddan ibarətdir və sizin professional təqdimatınız zamanı sizə uğur gətirə bilər.

5. Nathaniel

nathaniel farid islamov

Bu presentasiya şablonu nazik xəttlər və bir rəng konsepti ilə digər formatlardan fərqlənir. 25 slayddan ibarətdir.

6. Nowco

novco farid islamov

Professional və müasir eyni zamanda yadda qalan bir mövzu.

7. Vicentio

vicentio farid islamov

İkili rəng qradienti vasitəsilə bu slaydlar sizin təqdimatı çox fərqli edəcək.

8. Katharine

katharine farid islamov

Bu slaydlarda şəkillər və arxa fon mətnə və sözlərə əlavə məna və gözəllik qatacaq.

9. Social Media

social media farid islamov

Anatilika Sosial media marketinqi haqqında mövzularda istifadə oluna bilər.

10. Warwick

warwick farid islamov

Ciddi və peşəkar təqdimata ehtiyac varsa bu şablon sizin üçündür.

11. Dribble

dribble farid islamov

Rəngarəng və müxtəlif mövzulara uyğun təqdimat şablonları

12. Graphic Panda

graphic panda farid islamov

Əgər sizin təqdimatda qrafiklər,diaqramlar, rəqəmlər üstünlük təşkil edəcəksə bu şablonar sizin üçün əla yardımçı ola bilər.

13.  Business Friendly Template

business friendly farid islamov

Animasiyalı video,infoqrafika və digər elementlərlə zəngin olan 12 slayddan ibarət təqdimat

14. Business

business farid islamov

Biznes təqdimatlar üçün yaradılmış bu şablonun 2 variantın istifadə edə bilərsiniz.

Faydalı olmaq ümidilə,

Fərid İslamov

 

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
remarketing,marketinq
Remarketinq! Yeni nəsil onlayn marketinq!
mohtesem cv resume
Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!