İnternet Marketinq Marketinq Məqalələr Ordan-burdan Ümumi mövzular

Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!

mohtesem cv resume
Paylaşmaq gözəldir!

Bilirəm ki, CV məsələsi çoxlarının yaralı yeridir. Həm işə qəbul ilə məşğul olanlar və həm də iş axtaranlar yaxşı CV görməyi arzulayırlar. Əgər Siz marketinq sahəsində çalışırsınızsa, Sizin resume digər peşə sahiblərindən həm dizayn həm də kreativliyi ilə digərlərindən fərqlənməlidir. Bu məqaləni sona qədər oxusanız və yazılanları tətbiq etsəniz Sizin də Möhtəşəm CV-niz olacaq!

İstədiyiniz işi tapmaq və ya istədiyiniz iş yerini tapmaq üçün ilk növbədə sözsüz ki, sizi müsahibəyə yəni intervyuya dəvət etməlidirlər. Bundan öncə isə şirkət sizinlə CV-Resume vasitəsilə tanış olur. İlk tanışlığın çox vacib olduğunu yəqin bilirsiz elə deyil? Odur ki, ilk tanışlıqdan gərək HR-ların və İşə qəbul idarəsinin işçilərinizi öz fərqli, seçilən  və eyni zamanda Professional CV-nizlə heyran qoyasınız. Bəs belə fərqli, maraqlı və digərlərindən seçilən resume necə hazırlamaq olar?

Dostlar sizə yaxşı xəbərim var! Bu gün sizə internetdə onlayn hazırlaya biləcəyiniz və PULSUZ olan, CV hazırlamaq üçün saytları təqdim edəcəm və hər biri haqqında qısa məlumat verəcəm. Əslində bu tip saytlar çoxdur. Araşdırmam zamanı çoxlu sayt qarşıma çıxdı amma mən sizlər üçün ən yaxşı, ən effektiv və ən faydalılarını seçib təqdim edirəm. Standard CV-lərdən uzaq durun, digərlərindən seçilin və tez gec uğur sizin qapınızı da döyəcək!

  1. Canva Resume Builder
canva resume builder cv

canva resume builder cv

İlk olaraq məşhur onlayn dizayn saytı Canva-dan başlamaq istərdim. Canva-ni çoxumuz poster və digər formatlı faylların dizayn saytı olaraq tanıyırıq. Amma bundan əlavə bu saytda hazır CV şablon dizaynları var ki, siz bu dizaynları götürüb yalnız öz məlumatlarınızı daxil edirsiniz və şəkil və ya pdf olaraq özünüzdə yaddaşda saxlaya bilirsiniz. Burada 20-yə yaxın belə dizayn şablonu var. Onun təxminən yarısı pulsuzdur. Daha qəşəngləri isə ödənişlidir. Amma ödəniş cəmi 1 dollardır. Odur ki, bəyəndiyiniz ödənişli olsa da belə ondan istifadə edin, çünki xərcləyəcəyiniz 1-2 manat sizə gələcəkdə 100-lərlə manat fayda gətirə bilər.   qeydiyyatdan keçin və şablonlardan birinin üzərinə klik edərək öz məlumatlarınızı daxil edin. Nəsə sualınız olsa mənə yaza bilərsiniz.

Buradan daxil olun – https://goo.gl/oS3ybE

2. DoYouBuzz

doyoubuzz cv template

Bu saytda 3 ədəd pulsuz şablon var. Kifayət qədər yaraşıqlı dizayna malik şablonlardır. Digər ödənişli yəni premium şablonları isə siz 1 aylıq abunə olaraq və 5 dollar ödəyərək CVləriniz hazırlaya bilərsiniz. Bu sayda facebook vasitəsilə qeydiyyatdan keçdikdən sonra sizin emaila təsdiq məktubu gəlir və sizin təsdiqdən sonra profiliniz aktiv olur. Bundan sonra siz cv-nizi hazırlayıb ona dəyişiklik edib onu öz komputerinizə yükləyə bilərsiniz.

Buradan daxil ola bilərsiniz – http://goo.gl/YC0dAu

 

3. İcanchoose

icanchoose

Bu sayt mənim ən çox bəyəndiyim saytlardan biridir. Burada düzdür yenə də bizim şriftlər yaxşı görünmür amma ingilis və ya rusca cvniz əla görsənəcək. Ən çox bəyəndiyim isə CV-nin hər bir bölməsi üzrə məsləhətlərin verilməsidir. Misal üçün necə şəkil yerləşdirmək lazımdır, Cv-yə hansı məlumatlar və hansı formada qeyd olunmalıdır və s. Sonda siz cvni komputerə yükləmək üçün saytı sosial şəbəkədə paylaşmalısınız. Şablonlar isə çox və bir birindən gözəldir. Şəkildə gördüyünüz şablon isə Game of Thrones serialından məşhur Tirion Lannisterin CV-sidir 🙂

Buradan daxil ola bilərsiniz – http://goo.gl/vYZiCg

4. Google şablonları

Özünə çox da əziyyət vermək istəməyən yoldaşlar üçün hamımızın dostu yaxını əvəzsiz köməkçisi Google müxtəlif sadə şablonlar hazırlayıb. Bunlardan istifadə etmək üçün sadəcə gmail profilə ehtiyac var. Daxil olduqdan sonra lazımi məlumatları doldurursunuz və daha sonra istədiyiniz şablonu seçirsiniz.

Buradan daxil ola bilərsiniz – https://goo.gl/F7oBIJ

5. MakeonlineCV

makeonlincecv

Bu saytda sadə dizaynlar olsa da Azərbaycan şriftləri tanınır və öz ana dilimizdə cv yarada bilərsiniz. Əsas odur ki, Cvniz səliqəli və baxımlı olacaq.

Yuxarıda qeyd olunan pulsuz və seçilmiş saylardan əlavə çox da bahalı olmayan amma tamamən fərliq və göz oxşayan CV hazırlamaq üçün bir neçə saytı sizə təqdim edirən. Tövsiyyə edərdim ki, özünüzə və cv-nizə maya qoyasınız və bu saytlardan da istifadə edib tamam fərqli bir CV-yə sahib olasınız.

Buradan daxil ola bilərsiniz – http://goo.gl/P86Fct

Resumup.com

resumeup

Siz burada müxtəlif formatlı CV yarada bilərsiniz. Əgər kifayət qədər vəsaitiniz varsa burdakı şablonlardan mütləq istifadə edin. Bu zaman sizin CV digər heç bir cv-yə bənzəməyəck. Ən möhtəşəmi isə infoqrafik CV-dir. Əgər sizin belə bir cvniz olsa onun Kadrlar idarəsinin əməkdaşları tərəfindən diqqətdən qaçması qeyri mümkündür. 1 aylıq ödəniş edib (20 dollar) bir neçə formatda cv düzəldib kompuetinizə köçürə bilərsiniz.

Buradan daxil ola bilərsiniz – http://goo.gl/FKtTtW

CvTemplater

cvtemplater

Bu saytda isə 10a yaxın şablona var və şablonların qiyməti təxminən 6-10 dollar arası dəyişir. Siz bu şablonları əldə edib özünüz redakte edə bilərsiniz. Burada maraqlı məqam odur ki, siz yaxın dostunuz və ya rəfiqənizlə ödənişi paylaşa bilərsiniz və hamınız bu şablondan istifadə edə bilərsiniz.

Buradan daxil ola bilərsiniz – http://goo.gl/f3mU1P

Graphicriver

Burada isə yüzlərlə ödənişli cv şablonları var. Eyni ilə yuxarıda qeyd etdiyim kimi burada da ödəniş edərək siz word faylı əldə edirsiniz və istədiyiniz dəyişikliyi edə bilirsiniz.

Buradan daxil ola bilərsiniz – http://goo.gl/u1A6rb

Resume.com

Bu saytda müxtəlif dizaynlı CV şablonları var və siz onlardan birini seçərək eyni zamanda Linked-in profilinizdən bütün məlumatı köçürə bilərsiniz. Əgər linkedindəki profiliniz tam olaraq doldurulubsa sistem avtomatik olaraq cvnizi hazırlayacaq. Eyni zamanda bu sayta vasitəsilə siz CVnizi PDF və DOC yəni Word formatında komputerinizə yükləyə bilərsiniz və əlavə olaraq saytda onlayn link vasitəsilə cvnizi işəgötürənlərə təqdim edə bilərsiniz.

Buradan daxil ola bilərsiniz – http://goo.gl/HBbOCS

Sonda isə Sizə CV hazırlayarkən məsləhətim o olacaq ki, yalnız həqiqətə uyğun məlumatları CV-nizdə qeyd edin. əgər rus dilini ümumiyyətlə bilmirsizsə, o zaman dil hissəsində yaxşı deyə qeyd etməyin. Çünki müsahibədə sizə sual verəndə başa düşürəm amma danışaq bilmirəm tipli cavab HR-ların ən xoşlamadığı şeydir.

Eyni zamanda sizin mütləq Linkedin sosial şəbəkəsində profiliniz olmalıdır. Nəinki profiliniz olmalıdır hətta deyərdim ki profilinizin tam olaraq məlumatlarla doldurmalısız və burada aktiv olmalısız. Çünki bir çox iş axtaranlar ilk növbədə lazımi işçiləri buradan axtarıb gözdən keçirirlər. Yaxşı hazırlanmış linkedin profili sizi uğura bir addım yaxın edə bilər. Qeydiyyat üçün buraya daxil olun – www.linkedin.com

 

Sizə istədiyiniz və sizi xoşbəxt edəcək işi tampağı arzu edirəm!

Faydalı olmaq ümidilə,

Fərid İslamov

 

 

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
Internet marketinq haqqında ən yaxşı 100 kitab
internet, pul, ideya.qazanmaq
İnternetdə pul qazanmaq üçün 17 ideya!