İnternet Marketinq Kontent marketinq Marketinq Məqalələr Reklamlar Sosial Media Marketinqi

Remarketinq! Yeni nəsil onlayn marketinq!

remarketing,marketinq
Paylaşmaq gözəldir!

Remarketing ( retargeting) – sadə dil ilə desək sizin sayta əvvəllər daxil olan istifadəcilərə digər saytlarda, sosial şəbəkələrdə reklamların göstərilməsi xidmətidir. Misal üçün sizin sayta gün ərzində 50 nəfər daxil olur. Amma onların çox az hissəsi sizdən məhsul alır və ya xidmətinizdən istifadə edir. Amma bu 50 nəfər sizin hədəf auditoriyanız ola bilər. Odur ki, sizin məqsədiniz bu 50 nəfəri digər saytlarda, sosial şəbəkələrdə tapıb onlara öz məhsullarınızı və reklamınızı göstərməkdir.

Remarketing həm Google adwords-də, həm Yandex Direct-də həm də Facebook-da etmək olur. Bu gün sizə Facebook-da retargeting-i işə salmağın yolunu izah edəcəm. Əgər siz kiçik və orta sahibkarlıqla məşğulsunuzsa və büdcəniz azdırsa, o zaman bu xidməti özünüz pulsuz olaraq öz səhifənizdə qoşa bilərsiniz. Bunun üçün sizin saytınız və Facebook səhifəniz olmalıdır. Burada qeyd etdiklərimi bir çoxları ödənişli halda təqdim edir və ya kitaba yazaraq pulnan satırlar. Amma mən öz bloqumda yalnız və yalnız təcrübədə istifadə etdiyim faydalı məlumatları və Pulsuz sizə təqdim edəcəm 😉

Onu da deyim ki, retargeting çox faydalı bir xidmətdir. Çünki siz birbaşa olaraq sizin hədəf auditoriyaya müraciət edirsiniz və potensial müştəri bu auditoriyada daha çoxdur!

Başlayaq!

Şəkilləri azərbaycanca paylaşıram ki, daha çox insan bu xidməti tətbiq edə bilsin. Digər dildə istifadə edənlər sadəcə düymələrin yerləşməsinə baxım tətbiq edə bilər və ya müvəqqəti Azərbaycan dilinə keçirə bilər Facebooku.

İlk öncə facebooka daxil olur və reklam meneceri bölməsini açırıq.

sekil 1

 

Növbəti səhifədə reklam menecerini menusunu açırıq.

sekil 2

 

Burada isə Pixels hissəsini seçirik.

addim 1

“Pixels” bölməsi açıldıqdan sonra ekranda görünən “Actions” bölməsini klik edirik və orada ” Edit pixel” düyməsini sıxırıq. Bəzi istifadəçilərdə bu sahə biraz fərqli olar bilər. Narahat olmayın. Ola bilsin sizdə “Create pixel”düyməsi olsun. Pikseli yaradırsız və ona ad təyin edirsiz istəyinizə uyğun. Daha sonra addımlar buradakı kimi olacaq.

 

addim 2

 

Burada ekranda gördüyünüz kodu saytınızın kod hissəsində yerləşdirmək lazımdır. Bunu əgər bilirsinizsə özünüz və ya saytın kodunu yazan hazırlayan edə bilər. Kodu <head> və </head> başlıqları arasında yerləşdirmək lazımdır.

addim 3

 

Kodu sayta yerləşdirdikdən bir müddət sonra (təxminən bir neçə dəq ərzində) facebook-da sizin piksel aktiv olur. Bundan sonra artıq bu piksele uyğun auditoriya yaradırıq. Şəkildəki hissədən Create audience düyməsini sıxaraq auditoriya yarada bilərik.

addim 4

Açılan pəncərədə artıq pixelin yaşıl rəngdə olduğunu görəcəksiz və demək ki, o artıq aktivdir.Burada gördüyünüz pəncərədə Website traffic adlanan hissədə 4 ədəd seçənək var.

  1. Anyone who visit your website – Burada sizin saytı ziyarət edən bütün istifadəçilər daxil olur
  2. People who visit specific web pages – Burada saytın hər hansı səhifəsinə daxil olan istifadəçiləri seçmək olar
  3. People visiting specific web pages but no others – Hər hansı səhifəni ziyarət edən amma digər hansısa səhifəni ziyarət etməyən istifadəçilər buradan seçilir.
  4. People who haven’t visited in a certain amount of time – Bunu seçməklə sizin saytınıza müəyyən müddət daxil olu sonra isə daxil olmayan istifadəçiləri seçə bilərsiniz.

Biz ilkin olaraq 1ci-ni yəni ümumən saytı ziyarət edənləri seçirik. İn the last xanasında siz 30 və 180 gün arası seçib edə bilərsiz. Bu günlər sizin sayta daxil olan istifadəçilərin sizin bazada neçə gün saxlanacağını bildirir. Yəni 180 gün seçsəz bugündən qeydiyyata düşən istifadəçi bazası 180 gün yığılacaq və sizdə qalacaq. Audience name hissədə özünüzə rahat formada bu auditoriyaya ad seçirsiniz ki, daha sonra reklam verdikdə rahat olsun.

addim 5

 

Auditoriya yaratdıqdan sonra yaratdığınız belə formada göstəriləcək. İlk əvvəl 20 nəfər saytınızı ziyarət etməyənə qədər qırmızı işarə görəcəksiniz.

addim 6

 

Artıq facebook hesabı olan 20-dən çox istifadəçi sayta girəndən sonra həmin yaşıl işıq yaranacaq və auditoriya aktiv hala gələcək. Hər dəfə auditoriya özü yeniləcək və həcmi çoxalacaq.

addim 7

Bununla da piksel və auditoriya yaratmaq işi bitir. Bundan sonra Siz artıq rahatlıqla öz reklamlarınızı yaradıb birbaşa hədəf auditoriyanıza yönləndirə bilərsiniz. Bununla siz daha çox satış edə bilərsiniz.

Reklam yarat xidmətindən istifadə edərək auditoriya hissəsində bayaq yaratdığınız auditoriyanı adını yazırıq və facebook avtomatik onu tapır. Bundan sonra bu reklamı davamlı etsəz daha yaxşı olar çünki auditoriya hər gün yenilənir.addim 8

 

Yeni müştərilər, daha çox gəlir arzusu ilə

və faydalı olmaq ümidilə

Fərid İslamov

Paylaşmaq gözəldir!

Rəylər

rəy

Həmçinin oxu
budcesiz marketinq, marketinq, az xercle marketinq
Büdcəsiz marketinq! Az xərclə çox müştəri cəlb etməyin 13 yolu!
mohtesem cv resume
Möhtəşəm CV hazırlamaq üçün pulsuz 5 vasitə! + bonus məsləhətlər!